Misir təyyarəsini qaçıran Kiprdən siyasi sığınacaq istəyib

Martın 29-zu Misirin "Egypt Air" aviaşirkətinin А320 təyyarəsini qaçıran Seyf əd-Din Mustafa Kiprdən siyasi sığınacaq istəyib. Bu barədə Trend Kiprin "Filelefteros" qazetinə istinadən xəbər verir. Kipr məhkəməsi sığınacaq haqqında müraciəti aprelin 22-i Seyf əd-Din Mustafanın Misirə ekstradisiya etməsinə dair dinləmələr zamanı baxılacaq. Daha əvvəl Kipr məhkəməsinin qərarı ilə Seyf əd-Din Mustafa 8 sutkalıq həbs edilmişdi. O piratlıq, partlayıcı maddələrin qanunsuz saxlanılması, insanların qaçırdılması, terrorizm və digər maddələrlə ittiham olunur.

Xatırladaq ki, misirli Seyf əd-Din Mustafa "EgyptAir" aviaşirkətinin İskəndəriyyə-Qahirə marşrutu üzrə hərəkət edən A-320 təyyarəsini qaçırıb. Seyf əd-Din Mustafa komandiri və sərnişinləri onun tələbləri yerinə yetirilməyəcəyi halda uçağı partlatmaqla hədələyib. Təyyarənin göyərtəsində 55 sərnişin olub, o cümlədən 8 Böyük Britaniya, 10 ABŞ vətəndaşı. Əvvəl təyyarəni qaçıran Kiprdən siyasi sığınacaq istəyib, sonra Misirdəki həbsxanalarda olan məhbusların azad edilməsini tələb edib. Daha sonra isə o Kiprdə yaşayan kecmiş həyat yoldaşına məktub göndərib və təyyarənin Türkiyəyə uçmağını tələb edib. Bir müddətdən sonra o sərnişinləri azad edib və təhlükəsizlik qüvvələrinə təslim olub. "Filelefteros" qazeti qey edir ki, Misir qanunvericiliyinə əsasən, Seyf əd-Din Mustafanı törətdiyi cinayətə ğörə ölüm cəzası gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00