İstanbulda bina çökdü dağıntılar altında qalanlar var

İstanbulda daxilində təmir aparılan binalardan biri çöküb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Nişantaşında qeydə alınıb.Çökmə nəticəsində  binada təmir edən fəhlələrin dağıntı altında qaldığı iddia edilir.

Hadisə yerini çoxlu sayda təcili tibbi yardım, polis, eləcə də xilasetmə qüvvələri cəlb edilib. Hazırda  fəhlələrin dağıntıların altından çıxarılması üzərində işlər aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00