ABŞ kəşfiyyatının İŞİD liderləri ilə gizli görüşləri ortaya çıxdı
12 Aprel 2016 16:03 DünyaİŞİD-lə mübarizə aparmaq üçün İraqa 400-dən çox hərbçi göndərən ABŞ-ın bu terror təşkilatı ilə keçirdiyi gizli görüş ortaya çıxıb. Publika.az bildirir ki, İraq ordusunu, Peşmərgə güclərini və mülkü insanlardan ibarət olan "Haşdi Şahabi" qruplarını İŞİD-ə qarşı hərbi əməliyyatlar üçün hazırlayan ABŞ, eyni zamanda bu terror təşkilatının keçmişdə BƏƏS partiyasında olmuş komandanları ilə gizli görüşlər keçirir. Belə ki, 2014-cü ildən bəri ABŞ-ın xüsusi xidmət orqanlarının 7 yüksək rütbəli məmuru İŞİD-in aparıcı şəxslərindən olan Əbu Ahmed Əl Alvani ilə 2 dəfə görüş keçirib. Eyni zamanda məlum olub ki, hazırda İŞİD-in Mosuldakı komandanı olan Əbu Ahmed Əl Alvani İraqın sabiq rəhbəri Səddam Hüseynin dövründə onun ordusunda xidmət edib və Mosul güclərinin komandanı olub.