Türkiyənin turizm mərkəzləri rusiyalı turistləri gözləyir
6 Aprel 2016 15:56 DünyaTürkiyənin mədəniyyət və turizm naziri Mahir Ünalın Rusiyada 2,5 milyon turist gözlədikləri ilə bağlı fikirlərinə qarşı tərəf cavab verib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Səyahət Agentlikləri Birliyinin sədri Andrey Qavrilov bildirib ki, Türkiyənin bu gözləntisi real deyil: "Türkiyə rus turistlərin sayı ilə bağlı qeyri-dəqiq hesablama aparır. Əvvəllər milyonlarla rusiyalı turist Türkiyəyə qrup şəklində satın aldıqları tur-paketlərlə gedirdi. Hazırda isə Rusiya Xarici İşlər Nazirliyinin müəyyən tövsiyələri var. Turizm sahəsində isə bu tövsiyələr Türkiyənin turizm bölgələrinə getməyi qadağan edir. Bundan əlavə qrup yox, fərdi şəkildə səfər edən turistlərinin sayının isə 2,5 milyona çatması ehtimalı çox aşağıdır". Qavrilov vurğulayıb ki, Ankaranın bütün cəhdlərinə rəğmən avropalı turistlərin tətil üçün Türkiyəyə getməyi çətindir: "Hazırkı vəziyyətdə Türkiyədə təhlükəsizliyin təmin olunmasının hansı səviyyədə olduğunu bilmirəm. Avropalılar bu hala çox həssas yanaşır".
Qeyd edək ki, nazir Mahir Unal bu il Türkiyənin turist itkisinin cəmi 20% olacağını, Rusiyadan isə ölkəyə 2,5 milyon turistin gələcəyini gözləyirlər.