Türkeş: “Rusiyanın bizi günahlandırması əsassız və qeyri-ciddidir”
6 Aprel 2016 15:04 Dünya"Dağlıq Qarabağda baş verənlərə görə Rusiyanın bizi günahlandırması əsassız və qeyri-ciddidir". Bu sözləri APA-nın sualına cavabında Türkiyə baş nazirinin müavini Toğrul Türkeş deyib. "Rusiyada bəzi dairələr Türkiyənin Azərbaycanı müharibəyə təhrik etdiyini bildirir. Bu barədə nə demək istərdiniz?" - sualına T. Türkeş belə cavab verib: "Təyyarə hadisəsindən sonra bilirsiniz ki, Rusiya ilə Türkiyə arasında gərgin hava var. Ona görə, bölgədə nə baş versə, Türkiyə ilə əlaqələndirirlər. Bunun heç bir əsası və ciddiyyəti yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00