Düşmən itkilərinin bir qismini ETİRAF ETDİ

Dağlıq Qarabağdakı separatçı rejim münaqişə bölgəsində hərbi əməliyyatların intensivləşdiyi gündən bəri məruz qaldığı itkilərin bir qismini açıqlayıb. Milli.Az bildirir ki, Xankəndidəki terrorçuların Twitter-dəki mikrobloqlarında yazdıqlarına görə, aprelin 2-dən bəri döyüşlərdə 29 qarabağlı erməni hərbçi həlak olub, 101 nəfər yaralanıb, 28 qarabağlı erməni itkin düşüb. Qarabağlı ermənilərin 14 tankı vurulub, 36 tanksa faktiki olaraq sıradan çıxarılıb. Bundan başqa, 6 "Qrad" reaktiv artilleriya qurğusu, 19 D-30 topu, onlarla 82 mm və 120 mm çaplı minaatan itirilib.

Ermənistandakı hərbi ekspertlər belə, etiraf edirlər ki, Dağlıq Qarabağdakı separatçı rejimin itkiləri açıqlamalardan dəfələrlə çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00