Peskov: “Putin və Medvedevin Dağlıq Qarabağla bağlı addımları tam sinxronlaşdırılıb”
6 Aprel 2016 14:43 Dünya"Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevin Dağlıq Qarabağda vəziyyətin normallaşması ilə bağlı fəaliyyəti tam sinxronlaşdırılıb". APA-nın "arminfo.am" saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin "Putin Medvedevə Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı hansısa tapşırıq veribmi?" sualına cavab olaraq deyib. "Təbii ki, Rusiya prezidentinin Ermənistan və Azərbaycandan olan həmkarları ilə danışıqlarının yekunları nəzərə alınmaqla, tam sinxronlaşdırma aparılır", - deyə o vurğulayıb.
Qeyd edək ki, D. Medvedev aprelin 7-də Ermənistana, aprelin 8-də isə Azərbaycana səfər edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00