Beren Saat onu bağışlamadı - 1 il 3 ay həbs

Aktrisa Beren Saat mühasibat, vergi və digər maliyyə işləri ilə məşğul olan köməkçisi Muharrem Araza Vergi İdarəsinə ödəməsi üçün 78 min lirə (təxminən 26 min manat) verib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, lakin mühasibinin pulu ödəmədiyini öyrənən Beren gecikdiyi üçüb 18 min lirə (təxminən 6 min amanat) cərimə ödəməli olub. O, bunun ardından M.Arazı məhkəməyə verib. Baş tutan məhkəmədə aktrisanın şikayəti haqlı sayılıb. Mühasib ona verilən etibardən sui-istifadə etdiyi üçün 1 il 3 ay həbs cəzası alıb. Məhkəmə onun B.Saata vurduğu zərəri ödəməməsini, məhkəmə zamanı davranışını və peşmanlıq hissi keçirməməsini nəzərə alaraq cəzanı təxirə salmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00