ABŞ Misirdən hərbçilərini çıxarır
6 Aprel 2016 13:56 DünyaABŞ Misirin Sinay yarımadasından İŞİD təhlükəsi ilə əlaqədar olaraq öz hərbi qüvvələrini çıxarda bilər. Axar.az bildirir ki, bu barədə informasiyanı CNN telekanalı yayıb. Hazırda bu məsələnin Misir və İsraillə müzakirə olunduğu deyilib.
Qeyd edək ki, 1979-cu ildə imzalanın ABŞ-Misir razılaşmasına əsasən, Vaşinqton Sinay yarımadasında öz hərbi bazasını yerləşdirilib. Hazırda burada Amerikanın 700 hərbçisinin olduğu iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00