ABŞ Hərbi Dəniz Qüvvələri silah daşıyan gəmini saxlayıb
6 Aprel 2016 13:49 DünyaÖtən həftə Ərəbistan Dənizində müşahidə yoxlama növbəsində olan ABŞ Hərbi Dəniz Quvvələrinın Sirokko freqat tıpı gəmisi İrandan Yəmənə gedən yük gəmisini yoxlamaq məqsədilə saxlayıb. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, yoxlama zamanı gəminin gizli bölməsində çoxlu sayda silah və surastın aşkarlandığı bildilir. Amerikanın rəsmi dairələrinin bəyanatına görə gəmidəki silahlar Yəməndəki hüsilərə göndərilmək üçün nəzərdə tutulub. İran tərəfi olay ilə əlaqədar hər hansı bir açıqlama verməyib. Gəminin şəxsi əmlak olduğu bildilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00