Gürcülər eynicinsli nikaha “hə” deyəcək? - Referendum olacaq

Gürcüstanda eynicinsli nikah məsələsi ilə bağlı referendum keçiriləcək. "Qafqazinfo" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, artıq eynicinsli nikahlarla bağlı referendumun keçirilməsi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb. Ölkə vətəndaşlarının cavablandıracağı suallar isə aşağıdakı şəkildə veriləcək: "Siz istəyirsinizmi ki, Gürcüstanda eyni cinsin nümayəndələri arasında nikaha icazə verilsin?". Məsələnin referenduma çıxarılması ilə bağlı çıxış edən təşəbbüs qrupu 7 üzvdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00