Davudoğlu Rza Zərrabın həbsindən danışdı

Türkiyə baş naziri Əhməd Davudoğlu ABŞ-da həbs olunan Rza Zərrabın həbsi ilə bağlı jurnalistlərə açıqlama verib. Avropa.info bildirir ki, İordaniya səfərindən geri qayıdan Davudoğlu Rza Zərrabın həbsi ilə bağlı "Bütün "çirkli pullar"ın qarşısının alınması ilə bağlı eyni qətiyyəti görmək istərdik" - deyib. "Təbii ki, insanın ağlına bu da gəlir. Bu qədər həssas olan hüquq sistemi, bir çox qaranlıq işlərin işində olan ABŞ-da yaşayan Türkiyə Cümhuriyyətinin vətəndaşı və onun ətrafındakı təşkilatlanmaları niyə gündəmə gətirmir? Daha əvvəl "paralel təşkilatlanma"nın ABŞ-dakı pul mənbələri ilə bağlı xeyli istintaq aparılıb. Görəsən, bunlar hara getdi? Əsaslı bir şey görmək istərdik. Bütün "çirkli pullar"ın qarşısının alınması ilə bağlı eyni qətiyyəti görmək istərdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00