PKK AKP sədrini oğurladı
29 Mart 2016 16:05 DünyaPKK yaraqlıları Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İspir rayonu üzrə rəhbəri Salih Zeki Çetinkayanı qaçırıblar. Azvision.az bildirir ki, bunu partiyanın Ərzurum bölgə rəhbəri Fatih Yeşilyurt deyib. Onun sözlərinə görə, Çetinkaya, qardaşı Şahin Çetinkaya və başqa bir adamla Ərzurumdan Şanlıurfaya getdiyi zaman avtomobili yolda terrorçular tərəfindən saxlanılıb: "Avtomobili saxlayan PKK-çılar şəxsiyyət vəsiqələrini yoxlamağa başlayıblar. Yoxlama zamanı onun AKP vəsiqəsi əlindən alınıb. "Hansınız sədrsiz" deyə sual veriblər. Salih Zeki də vəsiqənin ona aid olduğunu deyib. Onun gözlərini bağlayıb aparıblar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00