"Əsəd Suriyaya sülh gətirə bilməz"
29 Mart 2016 15:27 DünyaKerrinin Moskva səfərindən sonra istiləşdiyi düşünülən ABŞ-Rusiya əlaqələri yenidən gərginləşib. Ölkə.az bildirir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi Suriya problemini şərh edərkən növbəti dəfə Əsədin getməsinin vacibliyindən danışıb.
Kirbi Palmiranın İŞİD-in nəzarətindən çıxmasının mühüm bir hadisə olduğunu vurğulayaraq bunu yüksək qiymətləndirdiklərini deyib. Amma Əsədin Suriyada sülhə ən başlıca maneə olduğunu sözlərinə əlavə edən Dövlət Departamentinin rəsmisi, onun hakimiyyətdən getməyəcəyi təqdirdə Suriyaya sülhün gəlməyəcəyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00