KXDR Yapon dənizinə doğru yaxın mənzilli raket buraxıb
Rəsmi Pxenyan tərəfindən son analoji hadisə mart ayının əvvəllərində həyata keçirilmişdi
29 Mart 2016 15:20 DünyaKXDR Yapon dənizinə doğru yaxın mənzilli raket buraxıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. Bu an üçün daha ətraflı məlumat verilmir.
Qeyd edək ki, rəsmi Pxenyan tərəfindən son analoji hadisə mart ayının əvvəllərində həyata keçirilmişdi. O vaxt Şimali Koreya nəhəng hərbi-dəniz donanmasının yerləşdiyi Vonsan rayonundan Yapon dənizi istiqamətində 6 yaxın mənzilli raket buraxmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00