Qaçırılan Misir təyyarəsinin bütün sərnişinləri azad olunub
29 Mart 2016 12:33 DünyaQaçırılan Misir təyyarəsinin bütün sərnişinləri azad olunub. APA-nın xəbərinə görə, təyyarənin ekipaj üzvlərinin taleyi ilə bağlı hələlik məlumat yoxdur. "Al-Arabiya" telekanalı öz mənbələrinə istinadən bildirir ki, təyyarədə partlayıcı qurğu olmayıb. Hazırda təyyarəni qaçıran şəxslə danışıqlar aparılır. Avialaynerin olduğu əraziyə hərbçilər gətirilib. "Burc-əl-Ərəb" aeroportunun rəhbəri təyyarəni qaçıran şəxsin Atlanta universitetində müəllim işlədiyini istisna etmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00