İsrailin Türkiyəyə xəbərdarlığının səbəbi məlum oldu
29 Mart 2016 12:22 Dünyaİsrailin Türkiyədə yaşayan vətəndaşlarına ölkəni tərk etməsi ilə bağlı xəbərdarlığının səbəbi məlum olub. Türkiyə mətbuatı bildirir ki, bu barədə məlumatı Britaniyanın "SKY News" kanalı yayıb. Verilən məlumata görə, ötən həftə Qaziantepdə tutulan İŞİD-çilərin Türkiyədə İsrail vətəndaşları olan məktəb, bağça və gənclik mərkəzlərini partlatmağı planlaşdırması məlum olub. Bundan ehtiyat edən İsrail hökuməti vətəndaşlarını qorumaq üçün onlara ölkəni tərk etməsi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, İstanbulun İstiqlal caddəsində baş vermiş terakt nəticəsində üç İsrail vətəndaşı həyatını itirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00