Qəzəbli ana: "Nə fləşmob, köpəyin qızı, rədd ol evə!" VIDEO
29 Mart 2016 12:00 DünyaHindistanın paytaxtı Dehlidəki növbəti fləş-moblardan biri gözlənilməz sonucla başa çatıb. AsiaOne bildirir ki, Major Lazerin "On Me" mahnısının sədaları altında küçədə rəqs edən və bu minvalla fləş-moblarını gerçəkləşdirən gənclər gülürdülər. Onların aksiyası baş tutmuşdu. Lakin bu zaman qəflətən orta yaşlı qadın gənc qıza yaxınlaşıb, onu vurmağa başlayıb. "Nə fləşmob, köpəyin qızı, rədd ol evə!" - qadın qışqırırdı. Sosial şəbəkələrdə bu qadın "qəzəblənmiş sürücü" kimi təqdim olunsa da, həmin xanımın rəqs edən 22 yaşlı Mahindaşva Çanprakanın anası olduğu təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00

