Misir təyyarəsini qaçıran şəxs ekipaj üzvləri və 4 sərnişindən başqa digər sərnişinləri azad edib
29 Mart 2016 11:47 DünyaQaçırılan Misir təyyarəsinin ekipaj üzvləri və 4 sərnişindən başqa digər sərnişinləri azad olunub. APA-nın məlumatına görə, bu barədə "Egypt Air" şirkətinin "Tvitter" hesabında yerləşdirilən xəbərdə deyilir. Təyyarədə qalan sərnişinlərin hamısının əcnəbi olduğu bildirilir. Təyyarəni qaçıran misirli İbrahim Samaha bunu sevdiyi qadınla görüşmək üçün etdiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00