Misirdəki səfirlik qaçırılmış təyyarədə azərbaycanlıların olub-olmamasını araşdırır

Azərbaycanın Misirdəki səfirliyi qaçırılmış Misir təyyarəsinin göyərtəsində azərbaycanlıların olub-olmamasını araşdırır.Bunu Trend-ə diplomatik missiyadan deyiblər.Xatırladaq ki, EgyptAir aviaşirkətinin A-320 sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən səhər saatlarında qaçırılıb.А-320 təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarəni tərk etməyə icazə verib. Təxminən 20 nəfər sərnişin qaçırılan А-320 təyyarəsini tərk edib.Hazırda təyyarəni qaçıran şəxslə Kipr hökuməti üzvləri danışıqlar aparırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00