Misirdə 81 sərnişini olan təyyarə qaçırıldı
29 Mart 2016 11:18 DünyaMisirin paytaxtı Qahirədən İsgəndəriyyə şəhərinə uçan sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən qaçırılıb.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, göyərtəsində 81 nəfərin olduğu A-320 təyyarəsini naməlum şəxslər Kiprin Larnaka aerportunda məcburi eniş etməyə vadar edib. Son məlumatlara görə hadisənin arxasında silahlı şəxsin durduğu bildirilir. O təyyarənin pilot heyətinə üzərindəki "kamikadze kəməri"ni partladacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00