ABŞ-dan gecə yarısı Türkiyəyə sürpriz zəng
29 Mart 2016 10:07 DünyaABŞ dövlət katibi Con Kerri gecə yarısı Türkiyəyə sürpriz şəkildə telefon zəngi edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Kerri gecə yarısı xarici işlər naziri Mövlud Çavuşoğlu ilə kritik bir danışıq edib.Prezident Rəcəb Tayyib Ərdoğanın bu gün ABŞ-a başlayacaq səfəri öncəsi edilən zəngin byenəlxalq əhəmiyyəti olduğu vurğulanır. Ərdoğan Nüvə sammitində iştirak edəndən sonra məscid açılışna qatılacaq.Diplomatik qaynaqlardan verilən məlumata görə, əsas müzakirə mövzusu terror hadisələri olub. O, Türkiyəyə son zamanlar yaşanan terror hadisələri ilə başsağlığı verib. Bundan başqa terrola mübarizə yolları, Suriyadakı son vəziyyət, Yaxın Şərqdə baş verənlər, Rusiya ilə münasibətlər də müzakirə mövzusu olub.Telefon danışında PKK və digər terror təşkilatları ilə mübarizədə əməkdaşlığın artırılması haqqında da danışılıb.31 mart- 1 aprel tarixlərində Vaşinqtonda Nüvə sammiti baş tutacaq. Sammitdə bir çox dövlət başçılarının o cümlədən, Azərbayacan prezidenti İlham Əliyevin də iştirakı nəzərdə tutulub. Sammitdə nüvə təhlükəsizliyinə dair disskusiyalar davam etdiriləcək və nüvə terrorizminin qarşısının alınması üçün tədbirlər planı müzakirə olunacaq.Ötən gün ABŞ prezidenti Barak Obama ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğala görüşdən imtina etməsi barədə məlumat yayaılıb. ABŞ prezidentinin sözcüsü iki liderin görüşündə zərurətin olmadığını bildirib. "Ərdoğanla görüşün baş tutmamasını hörmətsizlik kimi qəbul etmək lazım deyil, çünkü Barak Obama Türkiyədə keçirilən G20 sammitində Türkiyə prezidenti ilə görüşüb, fevral ayında isə liderlər arasında telefon danışığı baş tutub" - deyə Ağ Evdən bildirilib.