Qutseriyevin oğlunun toyunda 100 min avroluq üzük itirildi
Bahalı toyun baş tutduğu restoran Azərbaycan əsilli milyarderə məxsusdur
29 Mart 2016 07:27 DünyaRusiyalı mediamaqnat "Russneft" şirkətinin rəhbəri Mixail Qutseriyevin ikinci oğlu Səidin toyu zamanı qonaqlar tualetdə 100 min avroluq üzüyü itiriblər. ANS PRESS-in məlumatına görə, həmçinin ayaqyolunda 160 min rubl dəyərində Valentino çantasını unudublar.
Milyarder oğlunun möhtəşəm toyunun müzakirə edilən anlarından birinə Cennifer Lopes və Alla Puqaçovanın oxumasıyla yanaşı şənliyin qızğın çağında qadın otağında baş verən hadisədə əlavə olunub.
Mərasimə dəvət edilmiş gəlinin rəfiqələrindən biri tualetdə ağ qızıldan hazırlanan üç karatlıq brilyant üzüyü itirib. Mütəxəsislər onun qiymətinin 100 min avro olduğunu qeyd edib. Həmçinin qonaqlarından biri tualet otağında Valentino çantasını unudub. Bahalı bəzək əllərdən əllərə dolaşaraq sonda təhlükəsizlik xidmətinə verilib. Lakin üzüyün sahibi ortaya çıxmayıb. 160 min rubl dəyəri olan çantada sahibsiz qalıb. Toyda milyarderdən qızıldan mücrü hədiyyələri almış qonaqlar yəqin itkiləri tamamilə unudublar.
.
Toyda dünya ulduzları Beyonse, Enrike İqlesias və Cennifer Lopes çıxış ediblər. Dünya ulduzlarının Moskvaya gəlməsinə səbəb rusiyalı mediamaqnat "Russneft" şirkətinin rəhbəri Mixail Qutseriyevin ikinci oğlu Səidin toyu olub. Toyda adı çəkilən məşhurlardan başqa Elton Con, Stinqvə Patrisia Kaasda çıxış ediblər. Mərasimin aparıcısı İnquşetiyanın xalq artisti Tamara Yandieva olub. Toyda həmçinin Alla Puqaçova da çıxış edib.
Ümumilikdə toyda 600 nəfərə yaxın qonaq olub. Qonaqları Qutseriyev şəxsən qarşılayıb və yola salarkən hədiyyələr təqdim edib. Qonaqlar arasında İnquşetiyanın ilk prezidenti Ruslan Auşev və hazırki prezidenti Yunus-bəy Yevkurovda olub. Gəlin İnquşetiyadandır və yeni evlənənlərin dostlarının sosial şəbəkələrdə yazdığına görə Qutseriyevlər Səid üçün gələcək həyat yoldaşını 4 il axtarıblar.
"Forbes" jurnalı Qutseriyev ailəsini 2015-ci ildə Rusiyanın ən zəngin ailələri reytinqində birinci elan edib. Ötən il onların sərvəti 4,85 milyard ABŞ dolları təşkil edib. Bahalı toyun baş tutduğu "Safisa" restoranı Azərbaycan əsilli milyarder Telman İsmayılova məxsusdur."Safisa" Rusiya şou-biznesi nümayəndələri, biznesmenlər və məmurlar arasında toy, ad günü və digər banketlərin keçirilməsi üçün ən populyar yerlərdən biridir.
Cey Lo, Beyonse və Elton Con Azərbaycanlı milyarderin restoranında çıxış etdilər
2006-cı ildə Rusiya Federasiyasının baş prokurorluğu "Russneft"ə və şirkətin rəhbərlərinə qarşı 3 cinayət işi açıb. Onlar qoyulan limitdən artıq neft hasilatında ittiham olunublar. Mixayıl Qutseriyev qanunsuz sahibkarlıqda ittiham olunub lakin o Rusiyanı tərk edib. Qutseriyevin rəsmi bioqrafiyasında qeyd edilir ki, o 2007-2010-cu illər arasında Boyük Britaniyada yaşayıb və fəaliyyət göstərib və eyni zamanda Azərbaycanda, Qazaxıstanda və Afrika ölkələrində bir sıra uğurlu layihələr həyata keçirib. Azərbaycanda 4 yataqda qazma işlərini icra edən Karasu Operating Companу 80% və Kura Valley Operating Companу-nin 85% səhmləri Mixayıl Qutseriyevə məxsus olub.
2007-ci ildə biznesmenin kiçik oğlu 22 yaşlı Çingiz Moskvada avtomobil qəzasında dünyasını dəyişib. Qutseriyevin Moskvaya gələ bilməməsi səbəbindən Çingizin cənazəsi Bakıya gətirilib və burada Göy məsciddə yuyulub. Atası oğlu ilə Bakıda vidalaşandan sonra cənazə İnquşetiyaya göndərilib və Çingiz burada dəfn olunub.