Rusiyada hava limanı boşaldılıb - Terror xəbərdarlığı
29 Mart 2016 07:16 DünyaRusiyanın Volqoqrad şəhərində hava limanı yanlış məlumata görə boşaldılıb."Qafqazinfo"nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə hava limanının mətbuat xidmətinin rəhbəri Tatyana Fomiçeva bildirib.Onun sözlərinə görə, naməlum şəxs günorta saatlarında administratora zəng edərək hava limanı ərazisində terror aktı ola biləcəyini, heyət və sərnişinlərin təxliyyə olunmasının vacibliyini vurğulayıb: "Xəbərdarlıqdan sonra xüsusi xidmət qüvvələri hava limanı ərazisini, sərnişinlərin baqajlarını yoxlayıb. Lakin heç bir təhlükəli əşya aşkarlanmayıb".Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00