Estoniya Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu iddia etdi
29 Mart 2016 07:11 DünyaEstoniya Rusiyanın AN-26 hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, məsələ ilə əlaqədar olaraq Estoniya ordusunun baş qərargahı açıqlama yayıb."Rusiyanın AN-26 hərbi təyyarəsi saat 10:29-da Finlandiya körfəzində Vaindloo adası yaxınlığında Estoniya hava sahəsinə daxil olub. Təyyarə 1 dəqiqədən az bir müddət ərzində Estoniya hava sahəsində olub. Sərhədi pozan təyyarə uçuş məlumat xidməti ilə radio təmasına girməyib", - deyə açıqlamada bildirilir.Rusiyanın Estoniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, ona hadisə ilə əlaqədar etiraz notası təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00