Madonnanın ikinci övladı da onu istəmir

Pop ulduz Madonnanın 2006-cı ildə övladlığa götürdüyü oğlu David atasının yanına köçüb. Qafqazinfo bildirir ki, David Bandanın atası Yohan Banda oğlunun Madonnanın yanında qalmağını istəməyib. Ata Banda Madonnanın keçmiş həyat yoldaşı Riçi ilə yaşadığı qalmaqala toxunub. Yohan bildirib ki, Madonnanın oğlu Rokkonu geri qaytarmaq üçün məhkəməyə müraciət etməsi onu qorxudub: "Cütlük arasında qalmaqal məni narahat etdi. Bağlı qapılar arxasında nələr yaşandığını bilmək istəyirəm. Rokko niyə anasının yanında qalmaq istəmir? Oğlum Davidlə Rokko çox yaxın idilər. Birlikdə çox əylənirdilər. İndi isə qardaşların biri Nyu-Yorkda, digəri isə Londonda yaşayır. Madonnanın həyat tərzi çox pisdir. Gənc kişilərlə əylənməsi bizim təbiətimizə uyğun gəlmir. Övladıma belə şeylər çox təsir edir, bunu qəbul edə bilmərəm".

Xatırladaq ki, dörd uşaq anası olan Madonna və Riçi 2000-ci ildə evlənib, 2008-ci ildə isə boşanıblar. Oğulları Rokko ötən ilin dekabrından etibarən atası Riçi və onun yeni evləndiyi ögey anası model Jak Eynsli ilə birlikdə Londonda yaşayır. Müğənni isə məhkəməyə müraciət edərək oğlunu Londondan, atasının yanından Nyu-Yorka, öz yanına qaytarmaq niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00