İŞİD yenidən Avropanı hədələdi: "Hələ terrorun dadına baxırsınız"

"Avropa Paris hücumlarından dərs almadı, buna görə də Brüsseli hədəf seçdik. Növbəti terrorlar gələcək". Publika.az bildirir ki, bu sözlər İŞİD terror təşkilatının internetdə yerləşdirdiyi videoda deyilir. Videoda təşkilatın hollandiyalı üzvü Hiçam Çaib başda Belçika olmaqla İŞİD-ə qarşı əməliyyatlara dəstək verən bütün Avropa ölkələrini xəbərdar edib. Barəsində həbs qərarı olan terrorçu Brüsselə terror hücumundan danışaraq avropalıları hədələyib. O: "Yalnız terrorun  "dadına" baxırsınız", - söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00