Yerevan hava limanındakı "yalançı bomba"ya görə cinayət işi açılıb
28 Mart 2016 16:57 DünyaErmənistanın İstintaq İdarəsi tərəfindən Yerevanın Zvartnots hava limanında bomba qoyulması haqqında yanlış xəbərlə bağlı cinayət işi qaldırılıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. Bildirilir ki, martın 24-də saat 13:20-də hava limanının elektron poçtuna terror aktının törədilməsi ehtimalının olmasına dair məktub daxil olub. Məktubda deyilirdi ki, martın 24-də 558 nömrəli Yerevan-Moskva reysi ilə uçan təyyarədə, sonra isə hava limanının özündə partlayış olacaq. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, daxil olan xəbər yanlış xarakteri daşıyır.
İstintaq davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00