İraq ordusu Mosul əməliyyatlarını dayandırdı
28 Mart 2016 16:31 Dünyaİraq ordusu Mosulun İŞİD terror təşkilatından azad edilməsi üçün başladığı əməliyyatı dayandırıb. Teleqraf.com bildirir ki, 5 gün davam edən döyüşlər nəticəsində İraq ordusu 3 kəndi azad etməyə nail olub.
İraq ordusunun komandirlərindən olan Zıryar Vesani məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, əməliyyatların dayandırılmasına səbəb əlverişsiz hava şəraiti olub. Vesani qeyd edib ki, əməliyyat zamanı 8 hərbçi həyatını itiirb, 20 əsgər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00