NATO qırıcıları Rusiya müdafiə nazirinin təyyarəsini mühasirəyə aldı
28 Mart 2016 16:26 DünyaNATO qırıcıları Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsi üçün qorxulu anlar yaşadıb. Axar.az bildirir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Hadisə nazir Baltik dənizi üzərindən Kalininqrada uçarkən yaşanıb. Uçuş zamanı Şoyqunu Su-27 qırıcıları müşayiət edib. Onun təyyarələrinin 2 kilometrliyində isə NATO-nun "Avrofayter" qırıcıları uçublar. Qırıcılar nazirin təyyarəsinə yaxınlaşmayıblar. Şoyqu hazırda öz uçuşunu başa vuraraq, Kalininqrad hava limanına eniş edib.
Qeyd edək ki, Kalininqrad Rusiyanın Avropadakı anklavıdır. Bu ərazinin Rusiya ilə quru sərhədi yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00