Türk qız sevgilisini öldürmək istədi

Türkiyənin Alanya şəhərində yaşayan 21 yaşlı Gizem Ç. sevgilisi, 24 yaşlı Ramazan Güc ilə mübahisə edəndən sonra çox qəzəblənmişdi. Gizem maşını ilə Ramazanı əzərək öldürmək istəyib. Milli.Az AHT-yə istinadən bildirir ki, hadisə şəhərin Muradpaşa rayonundakı Bayındır məhəlləsində yaşanıb. Gizem C. 07 GBE 84 dövlət nömrə nişanlı maşını ilə Ramazan K.-nı əzərək öldürmək istəyib. Lakin avtomobilin öhdəsindən gələ bilməyən Gizem əvvəlcə qarşıdakı maşını vurub, sonra da yol kənarındakı bərbər salonunun divarını dəlib. Həmin bərbər salonu Ramazan Gücə məxsusdu. Maşının salona girməsi nəticəsində həmin an salonda olan Ahnur Çayır ilə Emine Güc yaralanıblar. Onlar Ramazan K. təki xəstəxanaya aparılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00