Türkiyənin Şırnak, Mardinin Nusaybin və Hakkarinin Yüksəkova rayonlarında antiterror əməliyyatı keçirilib. Axar.az bildirir ki, Baş Qərargahdan verilən məlumata görə, əməliyyat zamanı 32 PKK üzvü öldürülüb. Separatçıların sığınacaqlarında axtarış zamanı kustar üsulla hazırlanmış əl bombaları, külli miqdarda partlayıcı maddə aşkar edilib. Əməliyyat davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00