Aktyorun övladları mirasdan imtina etdilər
28 Mart 2016 18:12 DünyaKeçən il vəfat edən aktyor Levent Kırcanın Oya Başardan olan oğlu Umut Kırca və qızı Ayşe Kırca atalarının mirasını rədd etmək üçün məhkəmə açmışdılar. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu günlərdə məhkəmə qərarını açıqlayıb. Nəticədə, bacı-qardaşın atalarının mirasından imtina etmələri rəsmiləşib.
Qeyd edək ki, L.Kırca ölümündən əvvəl maddi sıxıntılarından danışmışdı. İndi övladları onun borclarına görə məsuliyyət daşımayacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00