İranlı diplomat: “Rusiya İranı aldatdı”
28 Mart 2016 13:41 Dünya"Rusiya İranı aldatdı". İranda prezident Həsən Ruhaniyə yaxınlığı ilə seçilən "Asriran" xəbər portalında çıxış edən iranlı diplomat Əli Hürrəm bu iddia ilə çıxış edib. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, diplomatın iddialarına görə Rusiya İranı Suriyada istədiyi hər yerdə aldadıb. İranın məqsədinin Suriyanın ərazi bütövlüyünü qorumaq olduğunu ifadə edən Hürrəm Rusiyanın hədəfinin isə ABŞ ilə əlaqələrini düzəltmək olub. Diplomat bu olaydan ən çox Türkiyə ilə Səudiyyə Ərəbistanın yararlandığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00