Türkiyə xarici güclərin Yaxın Şərqdəki oyunlarını pozub
Cəlal İbrahimov: “Bu səbəbdən Türkiyənin üzərində böyük oyunlar oynanılır”
28 Mart 2016 13:01 DünyaSon aylar Türkiyə özünün ağır siyasi və iqtisadi durumunu yaşayır. Paytaxt Ankara və İstanbulda müntəzəm olaraq törədilən terror aktları bir tərəfdən ölkədə siyasi sabitsizliyin yaradılmasına hesablanıbsa, digər tərəfdən turistlərin Türkiyəyə gəlişinin qarşısını almaqla qardaş ölkənin iqtisadiyyatına sarsıdıcı zərbə vurmaq qarşıya məqsəd qoyulub. Türkiyədə həyata keçirilən terror aksiyalarında bir qayda olaraq terrorçu təşkilat olan PKK-nın adı hallandırlsa da, lakin PKK-nın da bu tapşırığı Türkiyənin uğurunu, inkişafını istəməyən müəyyən Qərb, Avropa dövlətlərindən aldığı şübhəsizdir. Təsadüfi deyil ki, Türkiyədə bir-birinin ardınca həyata keçirilən terror aksiyalarından sonra əsas müzakirə predmeti olan məsələ də məhz PKK-ya xarici dairələrin dəstək verməsidir. Elə əksər ekspertlər də bu qənaətdədirlər.
Türkiyənin Ege Universitetinin məzunu, hakim Yeni Azərbaycan Partiyasının üzvü Cəlal İbrahimov da hesab edir ki, bu gün Türk Dünyasının əsas öndəri olan Türkiyənin üzərində böyük oyunlar oynanılır. Cəlal İbrahimov deyir ki, hazırda Türkiyə dövləti güclü siyasi lider Rəcəb Tayyib Ərdoğanın sayəsində həqiqi gücünə, azadlığına nəsib olub və dünyada söz sahibinə çevrilib. Hakim partiyanın rəsmisinin sözlərinə görə, Türkiyənin bu səviyyədə inkişafı xarici güclərin Türkiyə və Yaxın Şərqdəki oyunlarını pozub: "Yeni Türkiyə hər sahədəki birincilikərini sadəcə haqqın, ədalətin, insanlığın, dinçliyi yolunda istifadə edir. Yeni Türkiyə iki yüz universitetinin sayəsində, yeni dünyamızın inşası, insanlığa xidmət üçün ədalətli, ədəbli kadrlar yetişdirir. Türkiyənin milli müdafiə sahəsində istehsal etdiyi yeni texnologiyalar, insanların, ədalətin qorunmasında istifadə edilir.Türkiyə istehsal etdiyi silahları sadəcə adalətin, dövlətin təhlükəsizliyini terror fəaliyyətlərindən qorumaq üçün satır. Amma xarici qüvvələr həm elmlərini, həm bilimlərini, həm də istehsal etdikləri bütün silahları öz saxta siyasətlərinin həyata keçməsi üçün, həm terror təşkilatlarının qurulmasına, həm də onları silahlandırmağa həsr edirlər". Cəlal İbrahimov deyib ki, günümüzdə Türk dövlətləri üçün bir ciddi problemli olan dövlət var ki, o da Ermənistandır: "Xarici qüvvələr daim fitnə-fəsadla məşquldurlar. Düşünün ki, dinin içində daim çaxnaşma yaratmaq üçün nə qədər cərəyanlar yaradıblar. İndi isə Yeni Türkiyənin bu ədalət inkişafina dözə bilmirlər. Məqsəd bizləri saxta, hiylə dolu fikirləri, vədləri ilə aldatmaq və öz məqsədlərinə rahatlıqla çatmaqdır. Biz bilməliyik ki, Suriya və İraqda baş verən bütün bölüşdürmə planları bir gün Türkiyədən də yan keçməyəcək. Yeni Türkiyəmizin ətrafında bir olmalıyıq ki, biz bu gün və gələcəkdə millət kimi varlığımızı qoruya bilək. Biz bilmirik ki, ingilis fitnəsi dünya xaritələrini yenidən çəkərkən, Azərbaycan bu işin harasında olacaq. Amerikada saysız-hesabsız qurumlar var ki, onlar dünyamızı bölmək, parçalamaq üçün daim
yeni proektlər ortaya qoymaqla məşğuldurlar. Şükürlər olsun ki,Yeni Türkiyə cənab Rəcəb Tayyib Ərdoğanın liderliyində oyandı və milləti aydınlatdı. Bu gün TRT və bəzi media kanalları Türkiyə üzərində oynanılan bütün saxta oyunları təfsilatı ilə millətə çatdırır ki, heç bir saxta qüvvə istədiklərinə nail ola bilməsin. Yaxın Şərqdə Amerikanın maşalığını edən ərəb dövləti varsa, Rusiyanın da ara-sıra maşalığını edən dövlət var. Biz hər ikisini də elə etməliyik ki, onları bu maşalıqdan qurtaraq. Elə tədbirlər həyata keçirməliyik ki, içimizdə və ətrafımızda heç bir terror yuvası qalmasın. Eyni zamanda daim bu cür oyunlara qarşı bizlərin də milli qoruyucu sistemimiz olsun". Cəlal İbrahimov bildirib ki, bu gün Yeni Türkiyə ağlı, elmi, səbri, inkişafı ilə ədalətli bir şəkildə insanlığa xidmət yolunda addımlayır: "Bu yolda nə qədər əngəllər yaradılsa, insanlar arasına fitnə toxumları səpilsə də bu baş tutmayacaq. Haqqın yolunda yüksələn, onun insanına xidmət edən Türkiyəyə qarşı nə qədər quyu qazılsa da, bu hiylə, Türkiyəni zəiflətmək planı reallaşmayacaq".
Füzuli