72 nəfərin qatilinin kimliyi bilindi

Pakistanın Lahor şəhərində əyləncə məkanında özünü partladan terrorçunun şəxsiyyəti ilə bağlı ilkin məlumatlar yayılıb. Qafqazinfo bildirir ki, Pakistan mətbuatı parkdakı partlayışdan dərhal sonra polislərin hadisə yerindən kamikadzenin ayaq və başını tapdıqlarını yazıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Məhəmməd Yusif olduğu ehtimal edilir. Məlum olub ki, o, üzərində 20 kiloluq bombanı işə salıb. Polis artıq Yusifin 4 qardaşını və əmisini saxlayıb. Ailəsinin dediyinə görə, Yusiflə 2 ay əvvəl bütün əlaqələri itiriblər.

Qeyd edək ki, son rəqəmlərə görə, terrorda ölənlərin sayı 72-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00