Əfqanıstan parlamentinin binasına raket düşüb

Kabildə Əfqanıstan parlamentinin yeni binasına raket düşüb.Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, binaya 3 raket zərbəsi endirilib, onlardan biri parlamentin həyətinə düşüb.Hadisə təhlükəsizlik xidməti əməkdaşlarının parlament üzvlərini təlimatlandırmaq üçün binaya daxil olmağa hazırlaşdığı zaman baş verib.Raketin hansı tərəfdən atıldığı məlum deyil. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00