Luna park qurbanlarının sayı 72-yə çatdı
28 Mart 2016 10:53 DünyaPakistanın şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb. ANS PRESS-in məlumatına görə, terror aktında 300-ə yaxın insan yaralanıb.Hadisə zamanı parkda çox sayda ailə olub. Bunun üçün də ölənlər arasında uşaq və qadınların sayı daha çoxdur. Ölənlərin 23-ü isə uşaqdır.Ötən gün Pakistanın Lahor şəhərində terror hadisəsi baş verib. Terror aksiyasına görə məsuliyyəti "Camaat ul-Ahrar" təşkilatı öz üzərinə götürüb. Partlayış Gülşən əl-İkbal parkının çıxış qapısında, uşaq yelləncəklərinin bir neçə metr uzaqlığında baş verib.Son günlər dünya terror hadisələrinin cəngindədir. Martın 22-də Belçikanın paytaxtı Brüsseldə aeroport və metro stansiyasında partlayışlar baş verib. Nəticədə 34 nəfər həlak olub, 270 nəfər yaralanıb. Terrora görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Bundan bir neçə gün öncə isə Türkiyə terror hadisəsi ilə qana bulanmışdı.