11 terrorçuya ömürlük həbs

Birləşmiş Ərəb Əmirliklərinin Ali Məhkəməsi 11 nəfəri terror hücumu hazırlanmasında əli olduğu üçün ömürlük cəzaya məhkum edib  musavat.com bildirir ki, məhkumlar həm də xarici terrorçu qruplarla əlaqədə təqsirləndirilir. Xəbər verilir ki, daha 25 nəfər isə 5 ildən 15 ilə qədər məhkum edilib. Yeddi nəfərə isə bəraət verilib.Ümumilikdə BƏƏ-də 41 nəfər terror təşkilatı yaratmaqda günahlandırılır.Qeyd edək ki, bu iş üzrə məhkəmə dinləmələri ötən ilin avqustundan başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00