ABŞ Yəməni bombaladı: 10-dan çox ölən var
28 Mart 2016 07:07 DünyaAmerika pilotsuz uçan aparatlarının Yəməndə silsilə hava zərbələri nəticəsində "Əl-Qaidə" terror təşkilatının ən azı 8 yaraqlısı və 3 dinc sakin ölüb."Report" xəbər verir ki, bu barədə bazar günü hərbi mənbəyə istinadən "Sinxua" məlumat yayıb.Pilotsuz təyyarələr şənbə günü Yəmənin cənubunda yerləşən Əbyan əyalətində terrorçuların təlim düşərgəsinə üç raket zərbəsi endirib. Ölənlərlə yanaşı dinc sakinlər arasında yaralananlar da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00