Pakistanda törədilən partlayışa görə məsuliyyəti "Taliban" öz üzərinə götürüb

Pakistanın Lahor şəhərində baş vermiş partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı ilə əlaqəli olan silahlılar öz üzərinə götürüb.APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib. Terrorçu-kamikadze tərəfindən parkda törədilən partlayış nəticəsində 65 nəfər ölüb, 280 nəfər yaralanıb.Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00