Türkiyədə qadınlar da könüllü hərbi xidmətə gedəcək
28 Mart 2016 00:16 DünyaTürkiyədə qadınlar könüllü olaraq hərbi xidmətə gedəcək.APA-nın Türkiyənin "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, bu, Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargahın ölkədə hərbi xidmətlə bağlı üzərində çalışdığı islahatlar paketində yer alıb.Qadınlar üçün könüllü əsgərliyin də daha qısa müddəti əhatə etməsi nəzərdə tutulur. Həmin müddətdə qadınlara əsgərliklə bağlı əsas təlimlər keçiriləcək.Qeyd edək ki, hazırda Avstriya, Danimarka, Finlandiya, İsveçrə, Litva və Yunanıstanda qadınlar könüllü əsgərlikdə ola bilirlər. Norveç 2015-ci ildə qadınlar üçün məcburi hərbi xidmətlə bağlı qanun qəbul edib. İsraildə isə qadınlar 2 il məcburi hərbi xidmətdə olmalıdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00