"Formula 1"in pilotu 6 yaşlı qıza təcavuzdə günahlandırılır
Yaşı 50-ni keçmiş pilota qarşı qızın anası ittiham irəli sürüb
26 Mart 2016 08:21 Dünya"Formula 1" üzrə üç qat dünya çempionu Cek Brebemin oğlu, "Formula 1" iştirakçısı Qari Brebem 6 yaşlı qıza təcavüzdə günahlandırılır. ANS PRESS-in məlumatına görə, məşhur pilot Avstraliyada azyaşlı qızı zorlamaqla ittiham edilir. Məhkəmə prosesi Brisben şəhərində davam edir.
"Azyaşlı qız 2013-cü ildə təcavüz olunduğunu ilk dəfə anasına danışıb".
Qari Brebem azyaşlı qıza 2003 - 2007-ci illərdə təcavuz etdiyi bildirilir. Həmin illərdə xəsərət alan qız 6 - 10 arasında olub. Q.Brebemin isə 44 yaşlı olub. Pilota dindirilmə zamanı sübut kimi videoyazı nümayış olunub. Həmin videoda azyaşlı qız etiraf edib ki, Brebem maşın sürə-sürə onu əzizləyib və dizinin üstündə otuzdurub. Azyaşlı qız 2013-cü ildə təcavüz olunduğunu ilk dəfə anasına danışıb. Zərər çəkdiyini söyləyən qızın anası isə polisə şikayət edib.
Qeri Brebem "Formula 1" yarışı üzrə üz qat dünya çempionu Cek Brebemin oğludur. Məşhur idmançıların məhkəmə qarşısına çıxması artıq normal hala çevirilir. Ötən gün İngiltərə yığmasının və "Sanderlend" klubunun sabiq futbolçusu Adam Conson 6 il azadlıqdan məhrum edilib. Futbolçu 15 yaşlı qıza təcavüz etdiyini etiraf edib. vv