Belçika terroru ilə bağlı daha 3 nəfər tutuldu
Onlardan birinin üzərində partlayıcı maddə ilə dolu çanta olub
26 Mart 2016 08:19 DünyaDünən Brüsseldə keçirilən xüsusi reyd zamanı daha 3 nəfər şübhəli saxlanılıb. ANS PRESS-in məlumatına görə, onlardan birinin üzərində partlayıcı maddə ilə dolu çanta olub.
Keçirilən xüsusi reyd zamanı 3 nəfər şübhəli saxlanılıb
Belçika polisinin Brüsseldə keçirdiyi xüsusi əməliyyat zamanı paytaxtda terror aktlarında iştirakda şübhəli bilinən üç nəfər terrorçu saxlanılıb. Belçika hakimiyyəti onların Brüssel və Parisdə törədilən terror aktları seriyasında iştirakı ilə bağlı sübutlar olduğu barədə xəbər verib.
Hadisə şahidlərindən biri polisin şübhəli bilinənlərdən birini yaxalayarkən ayağına bir neçə atəş açdığını qeyd edib. "Mən çox həyacanlandım, axı Brüsselin bu hissəsi çox sakitdir", - deyə hadisə şahidi bildirib.
Daha əvvəl Brüsseldə xüsusi əməliyyat gedişatında şübhəli bilinənlərdən birinin tutulmasının video görüntüləri yayılıb.
Belçika polisinin Brüsseldə keçirdiyi xüsusi əməliyyatın görüntüləri sosial şəbəkədə yayılıb. Xüsusi anti-terror əməliyyatı şəhərin Skarbek kommunasında keçirilib. Verilən məlumata görə, əməliyat zamanı bir nəfər öldürülüb. Hadisə şahidləri əməliyyat zamanı 2 partlayış baş verdiyini və çoxlu güllə səsləri eşidildiyini bildirib.
Yerli sakinlərdən biri keçirilən əməliyyatı evinin pəncərəsindən çəkməyi bacarıb. Görüntülərdə dayanacağda məhv edilən əli silahlı terrorçunun mina axtaran robot-istehkamçı tərəfindən yoxlanıldığı görünür. Daha sonra polis cəsədi hadisə yerindən götürüb. Hadisə zamanı ətrafda olan insanlar təxliyyə olunub.v