ABŞ-da universitetdə yanğın olub, xəsarət alanlar var

ABŞ-ın Boston universitetində (Massaçusets ştatı) baş verən yanğın nəticəsində 6 nəfər xəsarət alıb.APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, yanğın təhsil ocağının daxili radio yayımı studiyasının yerləşdiyi binada qeydə alınıb.İnsident nəticəsində 3 tələbə, 2 təhlükəsizlik xidməti əməkdaşı və 1 yanğınsöndürən xəsarət alıb. Binadan 40 nəfər təxliyə edilib. Universitetə dəyən ziyanın həcmi 500 min dollarla ölçülür.Hadisənin başvermə səbəbləri araşdırılır. İlkin ehtimala əsasən, studiya avadanlığında qısa qapanma yanğına səbəb olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00