Türkiyədə yeni terror təhlükəsi
25 Mart 2016 23:36 DünyaKanada hökuməti Türkiyədə olan vətəndaşlarını terror təhlükəsi ilə bağlı izdihamlı, insanların çox olduğu yerlərə səfər etməkdən çəkinməyə çağırıb.Bu barədə "Hürriyyet" qəzeti məlumat verib.Bundan başqa, Kanada hökuməti öz vətəndaşlarını Türkiyənin cənub-şərq əyalətlərinə və ölkənin Suriya ilə sərhəd olan rayonlarına səfər etməkdən də çəkinməyə çağırıb.Kanada hökuməti, eyni zamanda, Türkiyəyə martın 25-də yeni terror aktları olma ehtimalı ilə də bağlı xəbərdarlıq edib.Qeyd edək ki, martın 13-də Ankarada törədilən terror aktında 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb. Partlayışın baş verməsinə səbəb minalanmış avtomobil olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00