İŞİD-in liderlərindən biri məhv edildi
25 Mart 2016 23:32 DünyaSuriyada İŞİD terror qruplaşmasının nüfuzlu liderlərindən biri, təşkilatın "ikinci adamı" hesab edilən Əbd əl-Rəhmən Mustafa əl-Qaduli keçirilən əməliyyat nəticəsində öldürülüb.
Virtualaz.org Rusiya mətbuatına istinasdən xəbər verir ki, Pentaqonun başçısı Eşton Karter və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford faktı təsdiqləyiblər.
Qeyd edək ki, əl-Qadulinin başına 10 milyon dollar pul kəsilmişdi. Onun yeri barədə məlumat verənə isə 7 milyon dollar vəd edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00