Rusiya İŞİD-in 146 obyektini bombaladı

Rusiya Hərbi-Kosmik Qüvvələri martın 22-dən 24-dək Suriyanın Palmira rayonu ərazisində (Homs əyaləti) hökumət qoşunlarının hücumuna dəstək vermək və İŞİD terrorçularına zərbə endirmək məqsədilə 41 uçuş həyata keçirib.Virtualaz.org xəbər verir ki, KİV nümayəndələrinə bu barədə məlumat verən Rusiyanın Suriya Ərəb Respublikası ərazisində münaqişə tərəfləri arasında barışıq Mərkəzinin rəisi, general-leytenant Sergey Kuralenko deyib: "Bu hücumlar nəticəsində Rusiya aviasiyası tərəfindən terrorçuların 146 obyekt, eləcə də, idarəetmə məntəqələri, döyüş sursatı anbarları, artilleriya qurğuları, tanklar və avtomobil texnikası məhv edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00