Türk hərbiçiləri Suriyayla sərhəddə 10 İŞİD terrorçusu saxlayıb

Suriya-Türkiyə sərhədində "İslam dövləti"nin (İŞİD) 10 terrorçusu Türkiyəyə qanunsuz yolla keçmək cəhdi göstərərkən hərbçilər tərəfindən saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin məlumatında deyilir.Saxlanılan şəxslərdən külli miqdarda silah-sursat götürülüb. Onlardan birində partladıcı qurşaq tapılıb.Saxlanılan şəxslər sərhədçilər tərəfində hüquq-mühafizə orqanlarına təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00