Belçikadakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edildi
22 Mart 2016 14:55 DünyaAzərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar.Bunu səfirlikdən deyiblər.Diplomatik missiyalar bu ölkədə yaşayan, müvəqqəti qalan əməkdaşlarına və həmvətənlərimizə küçəyə çıxmamağı və insanların kütləvi toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.Qeyd edək ki, bu gün Brüssel aeroportunda və metrosunda baş vermiş partlayışlar nəticəsində 27 nəfər ölüb, 35 nəfər yaralanıb. Hadisədən sonra bütün reyslər ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00